AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Nizami Gəncəvi İran ədəbiyyatşünaslığında (1920-1990)” monoqrafiyası nəşr edilib.

Filologiya üzrə fəlsəfə doktoru Gülçin Babayevanın müəllifi olduğu monoqrafiyada Vahid Dəstgirdi, Səid Nəfisi, Əli Əkbər Şəhabi, Bəhruz Sərvətiyan və digərlərinin timsalında İran nizamişünaslığının XX əsrin 20-ci illərindən başlayaraq formalaşma və inkişaf yolu izlənilir.

Yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, rəyçisi dosent Əkrəm Bağırov, rus dilindən tərcümə edən Nərminə Cabarzadə, tərcümənin redaktoru Sona Cabarzadə, farsdilli mətnlərin korrektoru Kəlamə Abbasovadır.