
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Yurdoğlunun (Məmmədov) “Yazdıqca yaşamaq, yaşadıqca yazmaq” və “Mən sözə söykənmişəm” adlı yeni kitabları işıq üzü görüb.
Nəşrlər müəllifin son illərdə qələmə aldığı elmi-publisistik məqalələri, resenziyaları, müsahibələri, ədəbi-bədii yazıları və müxtəlif kitablar üçün yazdığı ön sözləri özündə ehtiva edir. Zəngin yaradıcılığı ilə seçilən Elxan Yurdoğlu hər yazısında oxucunu düşünməyə, incə məqamların fərqinə varmağa və ədəbiyyatın dərinliklərinə enməyə sövq edir.
Ümumilikdə 1100 səhifə həcmində olan bu kitablar müəllifin məhsuldar və çoxşaxəli yaradıcılığının sistemli xronikasıdır. Azərbaycan elmi-ədəbi mühitinə töhfə olan yeni nəşrlər, həmçinin müasir ədəbi proseslər və elmi tədqiqatlarla maraqlanan oxucular üçün dəyərli mənbədir.