F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzində 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimizi qoruyaq” adlı tədbir keçirilib.

Uşaq Kitabxanasından bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra şagirdlərə ana dilimizin önəmi haqqında geniş məlumat verilib. Qeyd edilib ki, ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də insanın həyatına və cəmiyyətin inkişafına əhəmiyyətli dərəcədə təsir edən bir amildir. Dilin qorunması həmçinin milli kimliyin, mədəniyyətin və vətənpərvərliyin təməl daşıdır.

Sonra şagirdlər Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən parçalar və məşhur “Arşın mal alan” filmindən səhnəciklər nümayiş etdirib, “Cəngi” rəqsi təqdim olunub.