Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfə Uşaq İncəsənət Festivalı keçirilir.
Uşaq İncəsənət Festivalı çərçivəsində Masallı şəhər onbirillik İncəsənət məktəbində növbəti ustad dərsi təşkil edilib. Bu dəfə ustad dərsində mədəniyyət nazirinin müavini, pianoçu, Xalq artisti Murad Hüseynov iştirak edib.
Nazir müavini əvvəlcə məktəbin fəaliyyəti ilə tanış olub. Şagirdlərin ifasında konsert proqramı təqdim edilib.
Sonra Xalq artisti Murad Hüseynov Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların fortepiano ixtisası üzrə təhsil alan şagirdləri üçün ustad dərsi keçib.