Respublikası Mədəniyyət Nazirliyi və ARKA-nın post-prodakşn mərhələsində olan filmlərlə bağlı “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”nin qalibləri açıqlanıb.

Müsabiqəyə təqdim edilmiş 21 film layihəsinin ARKA-nın Bədii şurasında qiymətləndirilməsi aparılıb və 13 film layihəsinə maliyyə dəstəyinin göstərilməsi barədə müsbət qərar verilib.

Maliyyə dəstəyi 4 animasiya, 4 bədii, 5 sənədli film layihəsi olmaqla 10 istehsalçı şirkət üçün nəzərdə tutulub.

Qalib layihələrdən 4-ü yerli şirkətlərin xarici şirkətlərlə birgə istehsalıdır.

Müsabiqədə qalib gəlmiş 13 film layihəsinə ümumilikdə 232 769 manat vəsait ayrılıb.