Mərakeşin paytaxtı Rabatda 17-27 aprel tarixində keçirilən 30-cu Beynəlxalq Kitab və Nəşriyyat Sərgisində (International Book and Publishing Fair) ölkəmiz də təmsil olunur.
Mədəniyyət Nazirliyi və Azərbaycanın Mərakeşdəki səfirliyinin dəstəyi ilə qurulmuş stenddə ziyarətçilər, nəşr nümunələrimizlə tanış olmaqla bərabər, Azərbaycanın tarixi, mədəniyyəti, kitab sənəti haqqında da məlumat alırlar.
Bu barədə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin əməkdaşı Kamran Musayev AZƏRTAC-ın Rabatdakı müxbirinə müsahibəsində deyib.
Afrika qitəsində ən böyük kitab-nəşriyyat tədbirlərindən biri sayılan Rabat sərgisinə bu il ümumilikdə 51 ölkədən 700-dən çox nəşriyyat qatılıb.