Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Professor Azad Nəbiyev – 80” adlı virtual kitab sərgisi hazırlanıb.

Kitabxananın saytında yerləşdirilən virtual sərgi Azad Nəbiyevin elmi fəaliyyətini, şifahi xalq ədəbiyyatının toplanması, nəşri, tədqiqi və tədrisi sahəsində fəaliyyətini əhatə edir. Alimin 200-dən artıq elmi əsərin, 40-dan kitabın müəllifi olması, onun elmi rəhbərliyi altında 5 elmlər doktoru, 20-dən artıq fəlsəfə doktorunun yetişməsi diqqətə çatdırılır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Azad Nəbiyevin müəllifi olduğu və onun haqqında qələmə alınan 10-dan çox kitab və dövrü mətbuat nümunələri sərgilənir. O cümlədən alimin “Azərbaycan xalq ədəbiyyatı”, “El nəğmələri, xalq oyunları”, “Azad Nəbiyev və folklor ədəbi irsi”, “Azərbaycan aşıq məktəbləri”, “Azərbaycan-özbək folklor əlaqələri” kimi kitablarının qısa annotasiyası təqdim edilir.