Şəkidəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun təşkilatçılığı ilə tanınmış maarifçi, tədqiqatçı, pedaqoq və etnoqraf Əhməd Nəbiyevin (1885-1970) anadan olmasının 140 illiyinə həsr edilmiş elmi seminar keçirilib.

Seminarda AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, institutun Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin müdiri professor İkram Ağasıyev, AMEA Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov, "Yuxarı Baş" qoruğunun elmi işçisi Zəminə Rəsulova, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı və "Şəki Ensiklopediyası" jurnalının baş redaktoru Aydın Məmmədov və başqaları çıxış ediblər.

Sonda tədbirdə çıxış edənlərə və təşkilatçılara "Şəki Ensiklopediyası" jurnalının diplom və fəxri fərmanları təqdim olunub.