M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti konsert proqramı təqdim edilib.

Aprelin 19-da Bakı şəhəri Tofiq Quliyev adına 12 nömrəli Musiqi məktəbinin və Əhməd Bakıxanov adına 6 nömrəli Musiqi məktəbinin şagirdləri filarmoniya səhnəsində çıxış ediblər.

Şagirdləri Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimov) müşayiət edib.

Konsertin solistləri hər iki məktəbin istedadları – respublika və beynəlxalq müsabiqələr laureatları Fatimə Mehdiyeva (violin), Ərtoğrul Balayev (piano), respublika müsabiqəsi laureatı Zərifə Mövsümova (violin), beynəlxalq müsabiqələr laureatı Renat Şərifli (piano), Nail Səfərov (piano), Əminə Nəcəfli (piano), Cavidan Babazadə (vokal), Nil Mürsəlova (piano), David Niftəliyev (piano), Amira Quliyeva (piano), Əsma Babazadə (piano), Oqtay Xudiyev (piano), Amin Bünyatov (klarnet), Fidan Nemətli (qanun), Kamal Axundov (piano), Türkan Qafarova (qanun) və Ayla Quliyeva (piano), Əsma Şahmarzadə (piano) və Həbib Şıxəliyev (tar) olublar.

Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Bütün ifalar alqışlarla qarşılanıb.