Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı uşaq estrada-vokal ifaçıları üçün kastinq elan edib.

Kastinqdə Mahnı Teatrının Estrada-simfonik orkestrinin müşayiəti ilə keçiriləcək konsert üçün istedadlı uşaqlar seçiləcək.

Yaş həddi: 8-14 yaş

Son müraciət tarixi: 22.04.2025

Əlaqə nömrəsi: (+994 12) 493 94 15; (+994 50) 550 28 38 (mobil).

Seçilən iştirakçılar Dövlət Mahnı Teatrında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan konsertdə çıxış edəcəklər.