15-22 mart tarixlərində Serbiyanın Zlatibor şəhərində Beynəlxalq Rəssamlıq Simpoziumu keçirilib. “Şərq ruhunun rəsmi” adlı simpoziumda Misir, Gürcüstan, Azərbaycan, Avstraliya, Rusiya və Serbiyadan 20-dək rəssam iştirak edib.
Ölkəmizi simpoziumda Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn kafedrasının baş müəllimi Mir Azər Abdullayev təmsil edib.
Martın 22-də Zlativor İnnovasiya Biznes Mərkəzində iştirakçı rəssamların çəkdikləri tablolar ictimaiyyətə təqdim edilib. Mir Azər Abdullayev sərgiyə 4 əsər təqdim edib: “Novruz bayramı”, “Həyat”, “Zövq”, “Serbiyaya səfər”.