Aprelin 5-də “Qalereya 1969”da Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Arifə Kərimli və onun tələbələrinin "Fırçanın sehrli yolu" adlı sərgisi açılıb.
Sərginin açılışında çıxış edən rəssam Elçin Orucov gənc rəssamların inkişafı və yaradıcılıq fəaliyyətlərinin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, dövlətin incəsənətə, xüsusilə gənc istedadların üzə çıxarılmasına və onların peşəkar inkişafına verdiyi önəmi vurğulayıb. Rəssamın sözlərinə görə, istedadlı gənclərin sənətə olan marağını artırmaq və onların potensialını üzə çıxarmaq üçün belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Rəssam Arifə Kərimli sərgi haqqında bəhs edərək onun gənc rəssamlar üçün ilham mənbəyi olduğunu bildirib. O, sərginin incəsənətə marağı olan gənclərə öz yaradıcılıqlarını nümayiş etdirmək və sənət mühitində tanınmaq üçün geniş imkan yaratdığını vurğulayıb. Rəssam gənclərin sənətə marağının artdığını qeyd edərək onların inkişafına və dəstəklənməsinə yönəlmiş bu kimi tədbirlərin vacibliyini vurğulayıb.
Sonra qonaqlar sərgiyə baxış keçiriblər.
Ekspozisiyada müxtəlif texnika və janrlarda işlənmiş rəsm əsərləri və dekorativ-tətbiqi sənət nümunələri yer alıb.