Bu il Xalq yazıçısı Süleyman Rəhimovun (22.3.1900 – 11.10.1983) anadan olmasının 125 illik yubileyidir. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir və ictimai xadim Süleyman Rəhimov haqqında virtual sərgi kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Ulu öndər Heydər Əliyevin Süleyman Rəhimov haqqında söylədiyi dəyərli fikirlər, yazıçının müəllifi olduğu və haqqında nəşr olunan kitabların tam mətni təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Musa Rəhimoğlunun “Qüdrətli fikir və söz bahadırı: yaddaşımdakı Süleyman Rəhimov”, “Dağ əzəmətli söz ustadı ilə unudulmaz görüşlər”, Aydın Dadaşovun “Süleyman Rəhimov ədəbiyyatı ekranda”, Vaqif Yusiflinin “Azərbaycan nəsrinin ağır artilleriyası" Süleyman Rəhimov – 120 “Köhnə kişilər” silsiləsindən”, Himalay Qasımovun “Süleyman Rəhimov – 110. Ustad sənətkarın şah əsəri”, Elnarə Qaragözovanın “Sosrealizm: Azərbaycan modeli – Süleyman Rəhimov”, Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Süleyman Rəhimov”, Ədalət Rəsulvanın “Zamanın hüdudlarını aşan sənətkar” kimi məqalələrin tam mətni də təqdim olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: https://ryl.az/multimedia/suleyman-rehimov-125 

***

Respublika Gənclər Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş görkəmli alim, akademik, , fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi Fəraməz Maqsudovun (20.3.1930 – 30.7.2000) anadan olmasının 95 illiyi münasibətlə vəsait hazırlanıb.

Kitabxananın saytında yerləşdirilən materialda görkəmli şəxslərin Fəraməz Maqsudov haqqında söylədikləri dəyərli fikirlər, onun layiq görüldüyü təltif və mükafatlar, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar əks olunur. Vəsaitdə alimin müəllifi olduğu kitabların biblioqrafı təsviri ilə yanaşı, qısa annotasiyası, dövrü mətbuat nümunələri də sərgilənir.