Aprelin 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Simfonik orkestrinin konserti keçirilib.
Konsertdə baş dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi, teatrın Simfonik orkestrinin müşayiəti ilə Əməkdar
artistlər Rəna Rəhimova (viola), Yuliya Motorina, Aleksey Miltıx (cello), Nərmin Rzayeva (piano), solistlər İrina Bısova (faqot), Murad Tağıyev (qoboy), Çolpon Amanjolova (viola), Renata Abubəkirova (violin), Mirxalid Məmmədzadə,
İlahə Məmmədova, Nicat Məmmədov (hər üçü fleyta), Məhəmmədəli Paşazadə (klarnet) çıxış ediblər.
Azərbaycan və Avropa bəstəkarlarının əsərləri əsasında tərtib olunan konsert proqramı alqışlarla qarşılanıb.