AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyi (AYB) İrs komissiyasının sədri Sonaxanım Hadıyevanın (Sona Xəyal) “Anar – 85 (yaradıcılığı əsasında)” kitabı işıq üzü görüb.

Nəşrdə AYB-nin sədri Xalq yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edilir, müasirlərinin onun yazılarından fikirlər diqqətə çatdırılır.

Kitabın redaktoru və ön sözün müəllifi tarix elmləri doktoru Tahirə Həsənzadə, rəyçiləri filologiya elmləri doktoru Nailə Səmədova, filologiya üzrə fəlsəfə doktorları Aytən Quliyevadır.