Qazax Dövlət Dram Teatrında Xocalı soyqırımına həsr edilmiş “Səsin mənəm, Xocalı!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək.

Teatrdan bildirilib ki, hazırda məşqləri aparılan, fevralın 25-də nümayiş olunacaq ədəbi-bədii kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru Ceyhun Vəlizadə, rəssamı Aysan Omarovadır.

Rolları Əməkdar artist Hacı Hacıyev, Rüfət Ömər, Ceyhun Vəlizadə, Xəyalə Eminalıyeva, Zəmanə Dərviş, Kamil Məmmədov ifa edəcəklər.

Yaradıcı heyət Novruz bayramına həsr olunan, balaca tamaşaçılar üçün nəzərdə tutulan “Ünsürlərin sehri” adlı tamaşanın məşqlərini də davam etdirir. 18, 19, 20 mart tarixlərində nümayiş etdiriləcək tamaşada rolları Rüfət Ömər, Xəqan Qurbanov, Ceyhun Vəlizadə, Vüsal Hüseynov, Məmməd Hacaliyev, Əhməd Musayev, Zəmanə Dərviş, Aytac Cəfərova canlandıracaqlar. Səhnə əsərinə Ceyhun Vəlizadə quruluş verir.

Teatrda gələn ay Ağalar İdrisoğlunun əsəri əsasında hazırlanan “Teleqram”, Şəbnəm Xeyrullanın monopyesi əsasında hazırlanan “Arqon” adlı tamaşaların premyerası da nəzərdə tutulub.