Tarixdəki olaylar

 

29 iyul 1989 Azərbaycandan Ermənistana dəmir yolu nəqliyyatı Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində dayanıb. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması başlanıb. Bundan sonra Bakı-Naxçıvan dəmir yolu xətti qeyri-müntəzəm, uzun fasilələrlə fəaliyyət göstərib. 1991-ci ilin payızında Ermənistan ərazisindən qatarlara silahlı basqınlar gücləndi və dəmir yolu xətti tamamilə bağlandı.

 

29 iyul 1993 – BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və erməni silahlı qüvvələri tərəfindən Ağdam rayonunun işğalı bağlı 853 saylı qətnamə qəbul edib. Qətnamədə erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması tələb olunurdu. Lakin sənəddə Ermənistanın adı təcavüzkar kimi hallanmırdı. Ondan öncəki 822 saylı və sonrakı 874, 884 saylı qətnamələr də eyni təxminən məzmunda qəbul olunmuşdu.

 

29 iyun 2007 – UNESCO-nun Dünya İrs Komitəsinin Yeni Zelandiyanın Kristçorç (Christchurch) şəhərində keçirilən 31-ci sessiyasında Qobustan Tarix-Bədii Qoruğu təşkilatın Dünya İrs Siyahısına daxil edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

29 iyun 1900 – Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900 – 31.7.1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Balaca şahzadə”, “Qəsr” romanlarının müəllifidir.

 

29 iyun 1958 – Əməkdar artist Elçin Qəzənfər oğlu Həmidov (1958 – 4.3.2011) Bakıda doğulub. Musiqili Komediya Teatrının aktyoru olub.  

Hazırladı: Vüqar Orxan