Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) 2025-ci ilin yanvar-iyun ayları üçün hesabat yığıncağı keçirilib.

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda RMİ rəisi Şahin Şahbazov, idarənin əməkdaşları, rayonlar üzrə nümayəndələr və tabe müəssisələrin rəhbərləri iştirak ediblər. 

Şirvan şəhəri, Salyan, Biləsuvar, Neftçala və Hacıqabul rayonları üzrə nümayəndələrin cari ilin altı ayı ərzində görülən işlər barədə hesabatları dinlənilib, təkliflər müzakirə olunub. 

Yekun nitqi ilə çıxış edən Şahin Şahbazov mədəniyyət müəssisələrinin müxtəlif fəaliyyət aspektlərinə toxunaraq, əldə olunmuş uğurlardan, yol verilmiş nöqsanlardan, növbəti dövr üzrə qarşıda duran vəzifələrdən danışıb. Problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Nurəddin