M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konsert proqramı təqdim edilib.

İyunun 28-də keçirilən konserti dirijor Mustafa Mehmandarov idarə edib.

Solistlər Əməkdar artistlər Əyyub Əliyev, Şəhla Əlizadə, Nicat Salmanov, eləcə də Nərgiz Əliyeva, Səbinə Quliyeva, Nərgiz Manaflı, Aytac Kara, Şərif Bağırov və Emil Bağırov olublar.

Proqramda Avropa bəstəkarlarının əsərləri səsləndirilib.