Gəncə Dövlət Milli Dram Teatrında gürcü yazıçı-dramaturqu Nodar Dumbadzenin "Kukaraça" tamaşasının premyerası olub.
Tamaşa Gürcüstanın Ozurgeti Milli Dram Teatrı ilə birgə layihə çərçivəsində ərsəyə gəlib. Azərbaycan və Gürcüstan aktyorları eyni səhnəni bölüşüblər.
Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, koordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur.
Tamaşanın quruluşçu rejissoru Gürcüstanın Əməkdar incəsənət xadimi, Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Ciqoqidze, səhnə tərtibatçısı Rustavi teatrının baş rəssamı Lomqul Murusidze, rəssamı Mirzə Mehdi, xoreoqrafı Zeynəb Hüseynovadır.
Tamaşanın növbəti premyerası iyunun 7-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olacaq.