Füzuli Dövlət Dram Teatrı 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Beyləqan, Saatlı və İmişli rayonlarında qastrolda olub.

Hər üç rayonun uşaqları üçün "Çəkməli pişik" tamaşası (Şarl Perro) nümayiş olunub.

Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu rəssamı Ellinaz Balaşova, səhnələşdirən Murad Mirzəzadə, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır.

Səhnə əsərinin əsas ideyası heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaqdır.

Rolları Anar Buludov, Emin Abışov, Sahilə Abbasova, Şəbnəm Baxışova, Vüqar İsmayılov, Vüsal Həsənov, Püstə Əhmədova, Rahibə Baxşəliyeva, Günay Çobanzadə, Qəlbinur Əhmədli ifa ediblər.

Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb, onlarda xoş əhval-ruhiyyə yaradıb.