M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının “Nadir rəqslər” adlı konserti keçirilib.

Aprelin 17-də reallaşan konsertdə dahi bəstəkar Fikrət Əmirovun adını daşıyan ansamblın (bədii rəhbər – Xalq artisti Ağaverdi Paşayev, baletmeyster – Əməkdar artist Ceyhun Qubadov, musiqi rəhbəri Mahir Ordubadi) müşayiəti ilə Xor qrupu (xormeyster Naala Baratelia) və Əməkdar artistlər Qoçaq Əsgərov, Günel Şeyxova, Nigar Rzayeva, Elnur Süleymanov, Nastya Matsveyko, Ruslan Hacıyev, solistlər Səbinə Ərəbli, Nigar Hüseynova və İlkin Dövlətov çıxış ediblər.

Fərqli təqdimatda keçirilən konsertdə hər bir ifaçı özünəməxsus ifa manerası nümayiş etdirib.

Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnı və rəqslərinin ifa olunduğu konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.