
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların regionlarda qastrol səfərləri davam edir.
Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının heyəti "Şükriyyə" tamaşası ilə Mingəçevirə gedəcək.
Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanan tamaşa aprelin 21-də Mingəçevir Dövlət Dram Teatrında nümayiş olunacaq.
Qastrol səfərlərinin məqsədi regionlarda mədəni həyatı fəallaşdırmaq, əhalinin, xüsusilə də gənclərin asudə vaxtını mənalı təşkil etmək, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.