
Xəbər verdiyimiz kimi, mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti aprelin 5-də Qazaxıstanın Aktau şəhərində "Türk dünyasının mədəniyyət paytaxtı – 2025" ilinin rəsmi açılış mərasimində iştirak edib. Səfər çərçivəsində Aktauda Murad Hüseynovla TÜRKSOY-un baş katibi Sultan Rayev arasında görüş keçirilib.
Görüşdə TÜRKSOY ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub, həyata keçirilən tədbirlər, gələcək layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda “mədəniyyət paytaxtı” ili ərzində təşkilat tərəfindən Aktauda planlaşdırılan fəaliyyətlər haqqında məlumat verilib.