
Martın 29-da Quba Soyqırımı Memorial Kompleksində Əməkdar rəssam Adil Şıxəliyevin "Mələklərin fəryadı" adlı qobelen sərgisi açılacaq.
31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Quba Soyqırımı Memorial Kompleksi tərəfindən birgə təşkil edilir.
Sərgidə yer alan əsərlər, xüsusilə ermənilərin 107 il öncə – 1918-ci ildə xalqımıza qarşı törətdiyi kütləvi qırğınlara, o cümlədən Quba soyqırımına həsr olunmuş "Mələklərin fəryadı" adlı qobelen faciənin dərin təsirini izləyicilərə çatdırır. Sərgi tarixin unudulmaması və faciə qurbanlarının xatirəsinin yaşadılması məqsədi daşıyır.