
Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin "Xocalı: şahidlər danışır" kitabı özbək dilində nəşr olunub.
Müəllif bildirib ki, kitab Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə özbək dilinə tərcümə olunub: "Xocalı soyqırımı insanlıq əleyhinə ən dəhşətli cinayətlərdəndir. Kitabda 1992-ci il fevralın 26-sının - o qanlı gecənin şahidlərinin xatirələri və Xocalı gənclərinin fikirləri yer alıb. Həqiqətlərimizi dünyaya tanıtmaq, haqlı olduğumuzu göstərmək, doğru olanı söyləməliyik. Kitab bundan əvvəl rus, ingilis, türk, alman, ispan, italyan, fransız, ərəb, fin, holland və urdu dillərində işıq üzü görüb".
Qeyd edək ki, professor Elmira Süleymanovanın ön söz yazdığı nəşrin redaktoru şair-publisist Azadə Novruzovadır.