Azərbaycan Milli İncəsənət Muzeyi ölkəmizin ən böyük mobil operatoru “Azercell Telecom” MMC-nin törəmə şirkəti olan “A-Solutions” elektron pul təşkilatı ilə birlikdə mədəni irsimizin müasir metodlarla təbliğini həyata keçirir.
Muzeyin kolleksiyasından seçilmiş görkəmli rəssamlar Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Tahir Salahov, Mikayıl Abdullayev, Əyyub Məmmədov, Rasim Babayev və digər sənətkarların əsərlərini yeni nəsil ödəniş həlli – akart vasitəsilə təbliğ edir. Bu unikal dizaynlar “A-Solutions” təşkilatı, “Visa” və Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanaraq 2024-cü ilin dekabr ayından abunəçilərin istifadəsinə verilib.
Hazırda 30 rəqəmsal kart dizaynı təqdim olunub və daha 15 əsərin kartlar üzərində əks etdirilməsi planlaşdırılır. Yeni kolleksiyaya Azərbaycan rəssamlarının “Novruz”, “Ramazan” və “Yaz” mövzularında əsərləri də daxil ediləcək.
Yeni layihə milli mədəni irsimizin daha geniş ictimaiyyət arasında təbliğinə mühüm töhfədir.