Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor kollektivinin növbəti konsert proqramı Azərbaycan musiqi sənətinə böyük töhfələr vermiş iki bəstəkarın – Xalq artisti Ramiz Mustafayevin (1926–2008) 100 illiyinə və Əməkdar incəsənət xadimi Zakir Bağırovun (1916–1996) 110 illiyinə həsr olunub.
Gecədə hər iki bəstəkarın yaradıcılığından seçilmiş əsərlər səsləndirilib, onların Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri xüsusi vurğulanıb.
Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifovadır.
Proqramda Ramiz Mustafayevin “Gözəllik nəğməsi”,“Mən neftçiyəm”, “Şamaxı”, “Gülüm yoxdur” manhıları, Zakir Bağırovun “Ay qaşı, gözü qara qız” mahnısı və “Aygün” operasından parçalar səsləndirilib.
Konsertdə xor kollektivi ilə bərabər Xalq artisti Gülyaz Məmmədova, Akademik Opera və Balet Teatrının solisti Orxan Cəlilov, həmçinin müğənnilər Rəvan Qaçayev, Mədinə Səlimova, Nəzakət Əliyeva, Ülkər Rüstəmova, Riyad Eyvazov və digərləri çıxış ediblər.
























