Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının bədii kollektivləri 18 sentyabr – Milli Musiqi Günündə və Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təqdim ediblər.

Gəncə Dövlət Filarmoniyasının qarşısında açıq havada keçirilən konsert poqramı Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunub.

Filarmoniyanın Kamera orkestrinin və solistlərin ifasında dahi bəstəkarın zəngin yaradıcılıq irsindən nümunələr səsləndirilib.

Konsertdə Gəncə Dövlət Filarmoniyasının rəqs kollektivi də çıxış edib.

Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 22-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək.