Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi davam edir. Layihə çərçivəsində “Bir səs – bir nəfəs” adlı konsert keçirilib.

Muzeydən bildirilib ki, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri tərəfindən təşkil olunan konsertdə “Ukraynanın səsi” telelayihəsinin finalçısı Roman Qluşenko çıxış edib.

Konsertin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əlibala Rzayev olub.

Klassik musiqidən caz improvizasiyalarına qədər zəngin musiqi proqramı təqdim olunub.

Həmçinin Əlibala Rzayev tərəfindən tanınmış klassik və caz əsərlərinin yenidən aranjeman olunmuş interpretasiyası səslənib.

“Muzeydə musiqi” layihəsinin növbəti konsert proqramı alqışlarla qarşılanaraq, tamaşaçılara xoş sənət axşamı bəxş edib.