M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Baxın kölgəsində” adlı konsert proqramı təqdim olunub.

Filarmoniyadan bildirilib ki, konsertdə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və solistlər İrina Bısova (faqot) və Alim Sadıxov (qoboy) çıxış ediblər.

Proqram böyük alman bəstəkarı İohann Sebastyan Baxın yaradıcılığına və onun irsinin Barokko dövründən XX əsrədək uzanan musiqi yolunda necə əks-səda tapmasına həsr olunub.

Baxın "2 nömrəli simfoniya"sı (Es-dur, op.9), "Faqot və orkestr üçün konsert"i (Es-dur), eləcə də A.Marcellonun "Qoboy və orkestr üçün konsert"i (d-moll) səsləndirilib.

Proqramın növbəti hissəsində XX əsr musiqisinin baxış bucağı təqdim olunub.

“Baxın kölgəsində” adlı konsert proqramı müxtəlif dövrlərin musiqisini bir səhnədə birləşdirərək, bəstəkarın irsinin zaman və məkan sərhədlərini aşan təsirini bir daha nümayiş etdirib.