Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseydə Xalq artisti Röya Ayxanın konsert proqramı təqdim edilib.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbirdə rəsmilər, millət vəkilləri, zabit və kursantlar iştirak ediblər.

Əvvəlcə qonaqlar liseyin nəzdindəki Heydər Əliyev muzeyi ilə tanış olublar. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparıcı konserti açıq elan edərək bayramlar münasibətilə təbriklərini çatdırıb.

Daha sonra Xalq artisti Roya Ayxan sevilən mahnılarını səsləndirib. Bir-birindən maraqlı nəğmələr alqışlarla qarşılanıb, kursantlar rəqs ediblər.