Dekabrın 12-də müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, mədəniyyətimizin böyük himayədarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü tamam olur.
Bununla əlaqədar Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi, mədəniyyət ocaqlarının, idarə və müəssisələrin, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Dahi şəxsiyyətin məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.
Ziyarət zamanı Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.























