M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 və Litva peşəkar musiqi sənətinin banisi Mikaloyus Konstantinas Çiurlionisin (1875–1911) 150 illik yubileylərinə həsr olunmuş konsert keçirilib.

Konsertdən öncə Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli iki ölkə arasındakı diplomatik münasibətlər, mədəni əlaqələr və dahi bəstəkarların yaradıcılığı haqqında söz açıblar.

Sonra dirijor Vilmantas Kaliünasın (Litva) idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist Əsmər Kərimli (violonçel) konsert proqramı ilə çıxış edib. Proqramda Azərbaycan və Litva bəstəkarlarının əsərləri səslənib.