Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan “Musiqili Bakı” layihəsi çərçivəsində növbəti konsert olub.

Avqustun 23-də Xətai rayonundakı Heydər Əliyev parkında təşkil edilmiş konsertdə gənc müğənnilər Aygül və Alican çıxış ediblər.

Sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək uçün keçirilən musiqi axşamında müğənnilər sevilən mahnıları oxuyublar.

Konsert proqramı maraqla qarşılanıb.