M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Novruz bayramına həsr olunmuş konsert keçirilib.

Konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solıst Nigar Cəfərova çıxış edib.

Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından rəqs, Q.Qarayevin “Yeddi gözəl” baletindən “Gözəllər gözəli” və “Vals”, F.Əmirovun “Kürdi-Ovşarı” simfonik muğamı, “Azərbaycan elləri”, Niyazinin “Arzu”, “Konsert valsı” və M.Maqomayevin “Marş”ı səslənib.