Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzinin “Azərbaycan muğamı” layihəsi çərçivəsində təqdim etdiyi “Muğam dəstgahları”nda Xalq artisti Teyyub Aslanovun ifasında “Rahab” muğamı təqdim olunub.
Konsertdə Xalq artisti, tarzən Vamiq Məmmədəliyev və Əməkdar artist, tarzən Valeh Rəhimov çıxış edərək “Rahab”ın ifaçılıq xüsusiyyətlərindən söz açıblar.
Vurğulanıb ki, “Rahab” kiçikhəcmli muğam olaraq “Şur” muğam ailəsinə daxildir.
Çıxışlardan sonra “Xarıbülbül” muğam qrupunun müşayiəti ilə Xalq artisti Teyyub Aslanovun ifası dinlənilib. Böyük ustalıqla təqdim edilən muğamı tamaşaçılar alqışlarla qarşılayıblar.
Layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılması və gələcək nəsillərə ötürülməsidir.