Milli Kitabxana Azərbaycanda milli mətbuatın yaranmasının 151-ci ildönümü münasibətilə “22 iyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı virtual və ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim edib.
Kitabxanadan bildirilib ki, sərgilərdə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsərləri, milli mətbuat və jurnalistika haqqında, həmçinin milli mətbuatın yaranmasında xüsusi xidmətləri olan Azərbaycan ədiblərinin həyat və yaradıcılığını əks etdirən ədəbiyyatlar, fotolar, dövri mətbuat səhifələrində dərc olunan materiallar yer alıb.
Virtual sərgiyə bu linkdə baxmaq olar.
***
Respublika Gənclər Kitabxanasında 22 İyul - Milli Mətbuat Günü münasibətilə “Mətbuat həyatın güzgüsüdür” adlı daycest, “Azərbaycan milli mətbuatı: 151 illik maarifçilik və həqiqət yolu” adlı material və ənənəvi kitab sərgisi tərtib edilib.
Kitabxanadan bildirilib ki, materiallar Azərbaycan milli mətbuatının zəngin tarixini, keçdiyi inkişaf yolunu və cəmiyyətin maariflənməsində oynadığı mühüm rolu gənc nəslə müasir təqdimat üsulları ilə çatdırmaq məqsədilə hazırlanıb.
Materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.






















