İyulun 21-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının icrasının əlaqələndirilməsi üzrə İşçi qrupun ilk iclası olub.
Azərbaycan Milli Kitabxanasında keçirilən iclasda mədəniyyət naziri Adil Kərimli, işçi qrupa daxil olan dövlət qurumlarının məsul şəxsləri, mədəniyyət, elm xadimləri, Mədəniyyət Nazirliyinin müvafiq struktur bölmə və tabe təşkilat rəhbərləri iştirak ediblər.
























