
Öncə şairin həyat yolunu əks etdirən video qonaqlara təqdim olunub. Sonra aparıcı Nəbi Xəzrinin həyat və yaradıcılığından məlumatları diqqətə çatdırıb. Kitabxananın fəal oxucusu H.Anar şairin sözlərinə bəstələnmiş “Kəpənək” mahnısını ifa edib. Fəal oxucular və məktəbin şagirdləri Nəbi Xəzrinin “Ay və gün”, “Səni tanıdıqca”, “Kəhkəşan”, “Dinlə təbiəti”, “Salxım söyüdlər”, “Ana dilim” və s. şeirlərini səsləndiriblər. Sazda “Şair və şah”, “Səni görəcəyəm haçan, Qarabağ?” mahnıları ifa olunub. Kitabxana işçisi Ə.Zabitənin hazırladığı “Müxbir və N.Xəzrinin xəyalı” səhnələşdirilmiş parçası da maraqla qarşılanıb.