Mayın 7-də Prezident İlham Əliyev mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 11 nəfərə Prezidentin fərdi təqaüdü veriləcək.
Xatırladaq ki, Prezidentin fərdi təqaüdü Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanı ilə təsis edilib.
2026-cı il üçün Prezident təqaüdünün aylıq məbləği 1500 manat təşkil edir.
Yeni sərəncamla Prezidentin fərdi təqaüdünü alacaq mədəniyyət xadimləri kimlərdir?
Abbasov Adil Möhsün oğlu (kino, televiziya operatoru, Əməkdar incəsənət xadimi)
Bağırova Sənubər Yusufovna (musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, UNESCO-nun eksperti)
Həkimova Svetlana Calal qızı (Xalq artisti, uzun illər Sumqayıt Dövlət Dram Teatrında çalışıb)
Hüseynov Rövşən Maqsud oğlu (Xalq artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru)
Mehdiyev Cahangir Yaqub oğlu (kinorejissor, Əməkdar incəsənət xadimi)
Məlik-Aslanov Ramiz Lütfəli oğlu (Xalq artisti, dirijor)
Məmmədov Alim Tahir oğlu (Xalq artisti, Gəncə Dövlət Milli Dram Teatrının aktyoru)
Məmmədova Rimma Şahbabayevna (xoreoqraf, pedaqoq, Əməkdar incəsənət xadimi)
Mustafayev Mustafa Şura oğlu (Mustafa Çəmənli; yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi)
Nəsirova Hicran Fətəli qızı (Əməkdar artist, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası)
Rəhimova Adilə Teymurovna (pianoçu, pedaqoq, Əməkdar müəllim).



















