5 iyun – Dünya Ətraf Mühit Günü ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında biblioqrafik icmal və “Yaşıl dünya-sağlam gələcək” adlı kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, biblioqrafik icmalda ətraf mühitin, ekologiyanın mühafizəsi, ekoloji təhlükəsizliyin təmin olunması kimi aktual mövzulara dair qəbul edilən rəsmi sənədlərin tam mətni, “Ümumdünya Ətraf Mühit və ya Coğrafiyaçılar Günü” başlığı altında bu günün təsis edilməsi, beynəlxalq aləmdə və ölkəmizdə ekoloji mövzuların aktuallıq dərəcəsi, bu sahədə görülən işlər və nəzərdə tutulan gələcək planlar haqqında məlumatlar təqdim edilir.
“Heydər Əliyev və Azərbaycan təbiəti” adlı məqalədə Ulu öndərin rəhbərliyi ilə qəbul edilmiş və ölkəmizdə təbiətin qorunmasına yönəlmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar haqqında məlumat verilir, dahi rəhbərin hakimiyyəti illərində təməli qoyulan təbiətə qayğı, ekoloji problemlərə həssaslıq mövzularının bu gün də ölkə siyasətinin prioritet hədəflərindən biri olduğu vurğulanır.
Biblioqrafik icmalda “Qarabağ və Şərqi Zəngəzur bölgələrinin təbii resursları və onların landşaft-diaqnostik xüsusiyyətləri”, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi”, “Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları”, “Ətraf mühitin çirklənmə mənbələri” kimi 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələrinin siyahısı təqdim edilir.
“Yaşıl dünya-sağlam gələcək” adlı sərgidə mövzu ilə əlaqəli kitablar, dövri mətbuat materialları yer alıb.