Lənkəran-Astara RMİ-nin tabe müəssisəsi olan Lerik rayon Heydər Əliyev Mərkəzi iyunun 4-də Lerik şəhər Valeh Müslümov adına 2 nömrəli orta məktəbi ilə birlikdə "Narkomaniya və insan alveri" mövzusunda maarifləndirici görüş təşkil edib.
Tədbirin təşkilində əsas məqsəd şagirdləri bu iki sosial problem haqqında məlumatlandırmaq və onların erkən yaşlardan düzgün istiqamətləndirərək təhlükələrdən qorumaqdır.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva narkotik maddələrdən istifadənin yaratdığı fəsadlar, insanın psixi və fiziki sağlamlığına vurduğu ziyan, eləcə də insan alverinin cəmiyyətə və fərdlərə təsirini ətraflı şəkildə izah edib.
Tədbirdə insan alverinə dair maarifləndirici videoçarx nümayiş olunub. Videoçarxda insan alverinin formaları, qurbanların qarşılaşdığı çətinliklər və bu hallardan qorunmaq yolları diqqətə çatdırılıb.
Sonda şagirdlərə belə hallarla rastlaşdıqda valideynlərə, müəllimlərə və hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunub.
Nurəddin