Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbinin 70 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Filarmoniyadan verilən məlumata görə, proqramda Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri yer alıb.
Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin kiçik heyətinin müşayiəti ilə musiqi məktəbinin şagirdləri Nuray Həsənli, Fərəh Əliyeva, Mədinə Heybətova, Leyla Fərzəli, Dəniz Muradova, Xədicə Heybətova, Sevinc Fətəliyeva, Ayla Ramazanzadə, Zəhra Bağırzadə, Müzəffər Əliyev, Nuray Quliyeva, Seyrin Əzimzadə, Camal Əliyev (hamısı piano), Camalxan Dadaşov (qarmon), Tunar Babaxanov və Nəzrin Əhmədli (fleyta), Məryəm Hacızadə, Aynurə Allahverdiyeva və Surə Həsənli (violin), eləcə də məktəbin xor kollektivi çıxış edib.