Xətai Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin baş müəllimi, qrafika, karikatura və eksilibris ustası Bayram Qasımxanlının “Qara rəngin zəhmi” adlı sərgisi açılıb.
Tədbir çərçivəsində rəssam-pedaqoqun “Qrafika” kitab-kataloqunun təqdimatı da keçirilib.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov qonaqları salamlayaraq müəllifə uğurlar arzulayıb.
Sənətşünas, Milli İncəsənət Muzeyinin əməkdaşı, “Qrafika” kitab-kataloqunun mətn müəllifi Əsəd Quliyev nəşr haqqında məlumat verib, Bayram Qasımxanlının yaradıcılığından bəhs edib.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-qrafik-dizayner Mais Əliyev, Memarlıq və İnşaat Universitetinin müəllimləri – xalçaçı rəssam Oktay Murtuzayev, Əməkdar müəllim Yaşar Səmədov, sənətşünas, fəlsəfə elmləri doktoru Dilarə Vahabova öz ürək sözlərini bölüşüblər.
Tədbirdə rəssamın sənət dostları, tələbələri iştirak ediblər.