Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən aprelin 3-də saat 10:00-da Saatlı rayon Gənclər evində (Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsi 71A) Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar aprelin 2-dək Mədəniyyət Nazirliyinin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.