Novruz bayramı günlərində "Avey" Dövlət Tarix-Mədəniyət Qoruğunun Göyəzən filialında qoruq əməkdaşları tərəfindən ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində Göyəzən dağının ətəklərində 150-dən çox badam tingi əkilib.
Son illərdə bu əraziyə 3000-dən çox badam və tingi basdırılıb. Məhz badam tinginin seçilməsi isə buranın landşaftına uyğun olması ilə əlaqədardır. Əvvəlki illərdə əkilmiş ağaclardan məhsul əldə olunub.
Tinglərin suvarılması üçün yaxın ərazidəki dağlardan su xətti də çəkilib. Qoruq əməkdaşları tərəfindən tinglərə mütəmadi şəkildə qulluq olunur.
Qeyd edək ki, Göyəzən dağı unikal təbiət abidəsidir. Burada tarixi abidələr də var. Qazax rayonuna gələn insanlar, turistlər dağın ətəyində yerləşən qədim qala bürcləri ilə yaxından tanış olurlar.