Fevralın 26-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən hazırlanan “Xocalı: həqiqət və ədalət” adlı virtual sərgi oxuculara təqdim olunub.

Virtual sərgidə “Palitra” studiyasının istedadlı tələbələri tərəfindən çəkilmiş Xocalı hadisələrini əks etdirən rəsmlər yer alıb. Gənc rəssamlar Xocalı faciəsinin izlərini, xalqımızın yaşadığı ağrı-acını və ədalət axtarışını bədii dillə ifadə ediblər.

Sərgi interaktiv formatda təqdim olunaraq virtual oxuculara Xocalı həqiqətlərini dərindən öyrənmək və tarixi faktlarla tanış olmaq imkanı yaradır.

Virtual sərgini https://clb.az/elektron/Xocali2025/index.htm linkinə keçid etməklə izləyə bilərsiniz.

***

Kitabxananın Məlumat-biblioqrafiya şöbəsi tərəfindən isə “Sönməyən od, dinməyən haray...” adlı veblioqrafiya hazırlanıb.

Veblioqrafiyada görkəmli şəxsiyyətlərin Xocalı soyqırımı haqqında fikirləri, 27  kitab, 34 adda dövri mətbuat materialları yer alıb. Veblioqrafiyada həmçinin bu mövzuda dərc olunan məqalələrin tammətnli siyahısı da oxuculara təqdim edilib.

Materialı https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/veblioqrafiya/xocali-soyqirimi-sonm-y-n-od-dinm-y-n-haray linkinə daxil olmaqla izləmək mümkündür.