M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin “V.A.Motsart - nadir klassik musiqi axşamı” adlı konserti keçirilib.
Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor - Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə solistlər Günel Hacıyeva (soprano), Şərif Bağırov (klarnet) və Nicat Məmmədov (fleyta) çıxış ediblər.
Proqramda Motsartın divertimento D major, “Gecə kraliçasının ariyası”, klarnet və orkestr üçün konsert A major (III hissə), divertimento F major, fleyta və orkestr üçün konsert D major (I hissə), "Rondo Alla Turca" və 40 saylı simfoniya (I hissə – Molto Allegro) əsərləri səslənib.
Konsert klassik musiqini sevənlər tərəfindən alqışlarla qarşılanıb.