
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.
Teatrdan bildirilib ki, böyük dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında müasir səhnə variantında hazırlanan tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir.
“Artstudiya”da məşqləri başlanan səhnə əsərinin bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı Emil Elmanoğludur.
Tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.
Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı Gülnisənin, bacısının ona qarşı amansızlığından, ögey münasibətindən bəhs edir. Şəxsi maraqları naminə əmisi oğlu Bəhram tərəfindən atılan Saranın gələcəklə bağlı ən gözəl ümidləri puç olur...